
2019-cu il Azərbaycan cüdosu üçün əlamətdar hadisələr və nailiyyətlərlə yadda qalıb.
Sportnet.az xəbər verir ki, cüdoçular iştirak etdikləri beynəlxalq yarışlarda 159 medal qazanıblar. Bunlardan 40-ı qızıl, 46-sı gümüş, 73-ü isə bürünc olub. Bakıda Ümummilli lider Heydər Əliyevin xatirəsinə keçirilən "Böyük Dəbilqə" yarışında dünyanın ən güclü cüdoçuları mübarizə aparıb və tanınmış idman mütəxəssisləri beynəlxalq turnirin yüksək səviyyədə təşkil olunduğunu bildiriblər.
Bu il yeniyetmə və gənc cüdoçular da qələbələri diqqət çəkib. Yeniyetmələrin Olimpiya Festivalında qazanılan 2 qızıl, 1 gümüş və 3 bürünc medal cüdomuzun inamlı gələcəyindən xəbər verir.