İtaliyanın paytaxtı Romadakı güləş üzrə Avropa çempionatı sona çatıb.
Sportnet.az-ın məlumatına görə, fevralın 15-də Azərbaycanın son 5 sərbəst güləşçisi mübarizəyə qoşulub.
Yarışa 1/4 finaldan start verən İntiqam Vəlizadə Türkiyə güləşçisinə qalib gələrək yarımfinala yüksəlib. Finalın bir addımlığında son dünya çempionu Beka Lomtadzeyə məğlub olan Vəlizadə fevralın 16-da bürünc medal görüşünə çıxıb və rumıniyalı idmançıya uduzub.
Hacımurad Hacıyev startda Polşa güləşçisini vaxtından əvvəl üstələsə də, 2 qat dünya və 3 qat Avropa çempionu Frank Çamizoya uduzub. Üstəlik, qolu sındığı üçün o, təsəlliverici görüşə də çıxa bilməyib.
Abubakr Abakarov 86 kq-da debüt görüşündə Latviya idmançısını erkən sıradan çıxarıb. Ancaq Avropa çempionu və dünya üçüncüsü Artur Nayfonov keçilməz olub. Rəqibin finala yüksəlməsi bürünc medala cığır açsa da, Abakarov təsəlliverici görüşdə 4:0 hesablı üstünlüyü əldən verərək fəxri kürsüdən kənarda qalıb.
Aslanbek Alborov təsnifat mərhələsində macarıstanlı rəqibinə aman verməyib. Lakin 1/4 finalda o, Türkiyə pəhləvanına məğlub olub. Rəqib finala yüksəldiyi üçün son yarış günündə yenidən xalça üzərinə çıxan Alborov təsəlliverici qarşılaşmada yerli pəhləvanı vaxtından əvvəl üstələyib. Gürcüstan güləşçisi ilə gərgin mübarizə şəraitində keçən dueldən də qalib ayrılan Azərbaycan təmsilçisi karyerasında ilk dəfə Avropa çempionatında fəxri kürsüyə qalxıb.
Cəmaləddin Məhəmmədov əvvəlcə bosniyalı, daha sonra türkiyəli rəqibini vaxtından əvvəl məğlub edib. Lakin 1/4 finalda o, Polşa güləşçisinə yenilib. Rəqib finala kimi irəlilədiyindən, Məhəmmədov mübarizəni son yarış günündə davam etdirib. Təcrübəli güləşçi təsəlliverici görüşdə avstriyalı həmkarından güclü olub. Həlledici qarşılaşmada Ermnistan güləşçisi ilə üz-üzə gələn yığma üzvü sona 4 saniyə qalmış aldığı xalla 4-cü dəfə Avropa üçüncüsü olub.
Beləliklə, Azərbaycan yığması Avropa çempionatında ümumilikdə 5 medal (1 gümüş, 4 bürünc) qazanıb.
Avropa çempionatı
Sərbəst güləş
16 fevral
61 kq
1/4 final. İntiqam Vəlizadə - Hamza Alaca (Türkiyə) - 9:5
1/2 final. İntiqam Vəlizadə - Beka Lomtadze (Gürcüstan) - 1:2
Bürünc medal görüşü. İntiqam Vəlizadə - Nikolay Oxlopkov (Rumıniya) - 1:3
74 kq
Təsnifat. Hacımurad Hacıyev - Patrik Kriştof Olenjin (Polşa) - 12:2
1/8 final. Hacımurad Hacıyev - Frank Çamizo (İtaliya) - 0:5
Təsəlliverici görüş. Hacımurad Hacıyev - Soner Demirtaş (TUR) -:+
86 kq
Təsnifat. Abubakr Abakarov - İvars Samusonoks (Latviya) - 10:0
1/8 final. Abubakr Abakarov - Artur Nayfonov (Rusiya) - 2:8
Təsəlliverici görüş. Abubakr Abakarov - Axmed Maqamayev (Bolqarıstan) - 4:4*
92 kq
Təsnifat. Aslanbek Alborov - Bendequz Tot (Macarıstan) - 11:0
1/4 final. Aslanbek Alborov - Süleyman Karadeniz (Türkiyə)
Təsəlliverici görüş. Aslanbek Alborov - Simyone Yannattoni (İtaliya) - 11:0
Bürünc medal görüşü. Aslanbek Alborov - İrakli Mtsituri (Gürcüstan) - 2:0
125 kq
Təsnifat. Camaləddin Məhəmmədov - Elhad Hukiç (Bosniya və Herseqovina) - 11:0
1/8 final. Camaləddin Məhəmmədov - Tanju Gemici (Türkiyə) - 11:0
1/4 final. Camaləddin Məhəmmədov - Robert Baran (Polşa) - 2:12
Təsəlliverici görüş. Camaləddin Məhəmmədov - Yohannes Ludeşer (Avstriya) - 5:1
Bürünc medal görüşü. Camaləddin Məhəmmədov - Levan Berianidze (Ermənistan) - *2:2
-------------------------------
İtaliyanın paytaxtı Romada güləş üzrə Avropa çempionatına yekun vurulub.
Sportnet.az-ın məlumatına görə, sonuncu yarış günündə Azərbaycanın 3 sərbəst güləşçisi bürünc medal uğrunda mübarizə aparıb. Onlardan 2-si mükafatçılar sırasına düşməyi bacarıb. 86 kq çəki dərəcəsindəki Aslanbek Alborovun ardından 125 kq-da yer alan Cəmaləddin Məhəmmədov da fəxri kürsüdə yer alıb. Məhəmmədov Ermənistan təmsilçisi Levan Berianidzeni sonuncu xal prinsipi ilə üstələyib - 2:2.
Beləliklə, Azərbaycan sərbəst güləşçiləri Avropa çempionatını 5 medalla başa vurub. Ötən gün Ağahüseyn Mustafayev (70 kq) gümüş, Əli Rəhimzadə (65 kq) və Cəbrayıl Həsənov (79 kq) bürünc medala sahib olub.
----------------------------
Azərbaycan sərbəst güləşçisi Aslanbek Alborov İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatının sonuncu günündə bürünc medal qazanıb.
Sportnet.az xəbər verir ki, 92 kq çəki dərəcəsində yer alan Alborov 3-cü yer uğrunda qarşılaşmada Gürcüstan təmsilçisi İrakli Mtsituriyə 2:0 hesabı ilə qalib gəlib.