
Martın 25-29-da Bakıda təşkil olunacaq karate üzrə Avropa çempionatının koronavirus epidemiyasına görə azarkeşsiz keçirilib-keçirilməyəcəyi dəqiq bilinmir.
Sportnet.az xəbər verir ki, bunu "Report"a Azərbaycan Karate Federasiyasının prezidenti Yaşar Bəşirov deyib. Onun sözlərinə görə, bu barədə federasiyaya Gənclər və İdman Nazirliyindən bir söz deyilməyib.
Qeyd edək ki, 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışa 55-dək ölkədən 630-a yaxın idmançı, həmçinin 40-dək parakarateçi qatılacaq.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 121 ölkədə qeydə alınıb.