Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəki üzrə çempionu Həbib Nurməhəmmədovla irlandiyalı boksçu Konor Makqreqor arasında revanş döyüşü keçirilməyəcək.
Sportnet.az xəbər verir ki, bunu onlayn konfrans zamanı rusiyalı idmançının meneceri Əli Abdel-Əziz bəyan edib.
“Makqreqor revanş haqqında danışır, amma Həbib təkrar qarşılaşmağa lüzum görmür. Makqreqor şansını gözləməli, ən azı üç döyüşdə qalib gəlməlidir. İslam Mahaçov isə ilk rəqiblərindən biri olmalıdır”.
Qeyd edək ki, Həbib Nurməhəmmədov 2018-ci ilin oktyabrında ABŞ-ın Las-Veqas şəhərindəki UFC 229 turnirində Konor Makqreqoru məğlub edib.