Ağır çəkidə boks üzrə dünya çempionu Vladimir Kliçko ata olub. Sportnet.az-ın məlumatına görə, onun rəfiqəsi Heyden Panettyerın dünyaya gətirdiyi qız övladına Kayya Yevdokiya adı verilib.
Bu haqda öz "tvitter" hesabında yazan peşəkar idmançı xəbəri təsdiqləyib: "Biz Kayya Yevdokiya Kliçkonun doğulmasına çox şadıq. O, dekabrın 9-da dünyaya gəlib və özünü yaxşı hiss edir".
Qeyd edək ki, doğulanda körpə 3,5 kq çəki və 50 sm boyda olub.