Qonşu bölgələrin cüdo turniri üçün Türkiyənin Adana şəhərinə yollanan Azərbaycan cüdoçuları hakim Ədalət və İnkişaf Partiyasının (AKP) bölgə üzrə sədri Fikrət Yeni ilə görüşüblər. Sportnet.az xəbər verir ki, Türkiyə Gənclik Xidmətləri, İdman Bölgə Müdirliyi və Cüdo Bölgə Təmsilçiliyinin birgə təşkil etdiyi turnirin çempionu olan cüdoçular partiya sədrinə lövhə təqdim ediblər. F.Yeni ziyarətin Azərbaycan və Adana arasında dərdləşmək məqsədilə təşkil olunduğunu, Azərbaycan və Türkiyənin 2 dövlət, bir millət olduğunu söyləyib. Turnir müddətində isti münasibət gördüklərini söyləyən idmançılarımız Azərbaycana xoş xatirələrlə qayıdacaqlarını bildirib.
1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |