Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) nəznindəki Atletlər Komissiyasının sədri Rüstəm Orucov müxtəlif federasiyaların idmançıların maaşlarını azaltmasına münasibət bildirib.
Sportnet.az xəbər verir ki, 30 yaşlı təcrübəli cüdoçu jurnalistlərə açıqlamasında yalnız idmançıların müraciətlərindən sonra məsələyə reaksiya verə biləcəklərini söyləyib. O, idmançıların digər çətinliklərinin də olduğunu diqqətə çatdırıb: "Maaşdan başqa min dənə problem var".
Qeyd edək ki, Azərbaycan Taekvondo Federasiyası Tokio-2020 Yay Olimpiya Oyunlarından sonra legioner idmançılar - Radik İsayev, Milad Beiqi Hərçəqani və Patimat Abakarovanın maaşlarını azaldıb. Digər federasiyaların da öz idmançılarına qarşı analoji addımlar atdıqları bildirilir.