Beynəlxalq Görmə Məhdudiyyətli şəxslərin İdman Assosiyasiyasının (İBSA) yeni İdarə Heyəti təsdiqlənib.
Azərbaycan Milli Paralimpiya Komitəsindən Sportnet.az-a verilən məlumata görə, İBSA-da komitə rəhbəri İlqar Rəhimovun vitse-prezident seçilməsindən sonra daha bir azərbaycanlı federasiyada yer alıb.
MPK-nın cüdo idman növü üzrə nailiyyətlərini, Asiya və Avropa regionu üzrə nüfuzunu nəzərə alaraq, yeni təsdiq edilən heyətdə Avropa üzrə koordinator vəzifəsi "Neftçi" İdman Klubunun baş meneceri Elmar Babanlıya həvalə edilib.
İ.Rəhimov cüdo komitəsinin yeni tərkibinə məktubla, E.Babanlı ilə isə görüşərək uğurlar arzulayıb.
Qeyd edək ki, Elmar Babanlı 2015 - 2021-ci illərdə Azərbaycan Cüdo Federasiyasının baş katibi vəzifəsində çalışıb. Noyabrın 23-də onu Rəşad Rəsullu əvəzləyib.