Azərbaycan cüdoçusu Orxan Səfərov Türkiyənin Antalya şəhərində keçirilən "Böyük Dəbilqə" turnirində bürünc medal görüşünə çıxmayacaq.
Sportnet.az-ın federasiyanın rəsmi saytına istinadən məlumatına görə, buna 66 kq-da yer alan idmançının zədələnməsi səbəb olub.
Villian Lima (Braziliya) ilə 1/4 final qarşılaşmasında zədə alan Səfərov yığmanın həkiminin tövsiyəsinə və baş məşqçisinin qərarına əsasən, 3-cü yer uğrunda döyüşdə iştirak etməyəcək.
Qeyd edək ki, Orxan Səfərov medal görüşündə Tal Fliker (İsrail) ilə qarşılaşmalı idi.