Azərbaycan daha bir cüdoçusu Xorvatiyanın Poreç şəhərində keçirilən Avropa çempionatında finala vəsiqə qazanıb.
Sportnet.az-ın məlumatına görə, 60 kq çəki dərəcəsində çıxış edən Nizami İmranov yarımfinalda ukraynalı Nazar Viskovu məğlub edərək, adını həlledici mərhələyə yazdırıb. Onun finaldakı rəqibi macarıstanlı Adam Mayor olacaq.
50 kq-da yer alan Məhəmməd Məmişov isə finala gedən yolda fransalı Kays Gettariyə uduzaraq, bürünc medal görüşündə ermənistanlı Gor Safaryana rəqib olub.
Qeyd edək ki, daha əvvəl 55 kq-da Şahin Orucov və 48 kq-da Aydan Vəliyeva Avropa çempionatında finala yüksəlib. Onlar müvafiq olaraq, serbiyalı Matiya Yeremiç və isveçli Tara Babulfatla üz-üzə gələcəklər.
-------------------------------------------
Azərbaycan cüdoçusu Şahin Orucov Xorvatiyanın Poreç şəhərində keçirilən Avropa çempionatında finala yüksəlib.
Sportnet.az-ın məlumatına görə, 55 kq-da mübarizə aparan idmançı yarımfinalda ermənistanlı Vahe Aqasyanla qarşılaşıb. Rəqibinə qalib gələn Orucov həlledici görüşə vəsiqə qazanıb.
Qadınların mübarizəsində isə Aydan Vəliyeva qızıl medal uğrunda yarışacaq. 48 kq-da çıxış edən idmançının finaldakı rəqibi isveçli Tara Babulfat olacaq.
50 kq-da Məhəmməd Məmişov finala gedən yolda fransalı Kays Gettari, 60 kq-dakı Nizami İmranov isə ukraynalı Nazar Viskovu sınağa çəkəcək.
Qeyd edək ki, bu gün mübarizəyə qoşulan 6 cüdoçudan 2-si - Xalid Məmmədov (50 kq) və Xumar Qasımzadə (44 kq) isə yarışı medalsız başa vurub.