İtaliyanın paytaxtı Romada keçirilən U-20 Avropa çempionatının ikinci yarış günündə 60 kq, 67 kq, 72 kq, 82 kq və 97 kq-da yer alan yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.
Sportnet.az xəbər verir ki, Azərbaycan təmsilçilərindən Nihat Məmmədli (60 kq) ilk mərhələdə almaniyalı Eugen Şellə heç bir şans tanımayıb - 8:0. Növbəti mərhələdə polşalı Oliver Şkripçakı vaxtından əvvəl - 13:5 hesabı ilə məyus yola salan Məmmədli yarımfinalda ermənistanlı Suren Ağacanyanla bacarmayıb - 1:9. O, bürünc medal uğrunda güləşəcək.
Kənan Abdullazadə (67 kq) təsnifat mərhələsində fransalı Maqomed Qataqayevi 3:2 hesabı ilə, 1/8 finalda litvalı Rokas Çepauskası sonuncu xal prinsipinə əsasən (4:4) üstələyib. 1/4 finalda macarıstanlı Amadeuş Vitek üzərində təmiz qələbə (8:0) qazanan azərbaycanlı pəhləvan yarımfinalda gürcüstanlı Nika Broladzeyə uduzub - 1:4. Abdullazadə bürünc medal görüşünə çıxacaq.
Qurban Qurbanov (72 kq) yarışa inamlı start verərək, rəqiblərinə göz açmağa imkan verməyib. O, sıra ilə norveçli Marius Dalsbotten (9:0), gürcüstanlı Temuri Orconikidze (8:0), isveçrəli David Loher (11:0) və ukraynalı İrfan Mirzoyevə (8:0) tam üstünlüklə qalib gələrək adını finala yazdırıb. Qurbanov həlledici qarşılaşmada macarıstanlı Attila Toesmaqi ilə üz-üzə gələcək.
Rauf Əliyev (82 kq) ilk görüşdə slovakiyalı Matyas Şeylerdən güclü olub - 3:0. Ancaq 1/4 finalda gürcüstanlı Açiko Bolkvadze keçilməz olub - 1:6. Rəqib finala yüksəldiyi üçün Əliyev təsəlliverici görüşə çıxacaq. Mingəçevir güləş məktəbinin yetirməsi ukraynalı Ruslan Abdiyevlə qarşılaşacaq.
Qeyd edək ki, bu çəkilərdə təsəlliverici və medal görüşləri iyunun 29-da keçiriləcək.
1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |