
Hindistanın Çennay şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadasında Azərbaycanın qadınlardan ibarət millisi V turun görüşünə çıxıb.
Sportnet.az-ın məlumatına görə, məğlubedilməz yığma güclü Ukrayna ilə heç-heçə edib.
Ukrayna – Azərbaycan - 2:2
Mariya Muzıçuk – Günay Məmmədzadə - 1:0
Anna Muzıçuk – Gövhər Beydullayeva - 0,5:0,5
Anna Uşenina – Gülnar Məmmədova - 0,5:05
Nataliya Buksa – Ülviyyə Fətəliyeva - 0:1
Qeyd edək ki, bu anadək hər iki komanda Fransa ilə birgə 2 - 4-cü yerləri bölüşdürürdü. Bu nəticədən sonra Azərbaycan və Ukrayna milliləri 9 xalla 1-2-ci yerləri bölüşdürməyə başlayıb.