1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Avtopa Kubokunda Azərbaycan finalları - FOTOLAR
Sloveniyanın Sele şəhərində cüdo üzrə böyüklər arasında Avropa Kubokuna start verilib.
Sportnet.az xəbər verir ki, Azərbaycan idmançıları ilk yarış günündə 6 medal əldə edib.
60 kq çəkidə final görüşündə Rəşad Yelkiyev və Kənan İsmayılov mübarizə aparıb. Nəticədə Yelkiyev qızıl, İsmayılov gümüş medalları bölüşüb.
66 kq çəkidə mübarizə aparan Tofiq Məmmədov bütün rəqiblərini məğlub edərək finala yüksəlib. O, həlledici görüşdə almaniyalı Patrik Vayzerə də qalib gəlib və turnirin qızıl medalını qazanıb. Eyni çəki dərəcəsindəki digər cüdoçu Ruslan Paşayev italiyalı Françesko Karqneluttiyə qalib gələrək bürünc medal qazanıb.
73 kq çəkidə qızıl medal uğrunda qarşılaşmada Azərbaycan təmsilçiləri Nəriman Mirzəyev və Rəşid Məmmədəliyev üz-üzə gəlib. Həlledici qarşılaşmada Məmmədəliyev yarışın qalibi olub. Mirzəyev isə gümüş medala layiq görülüb.