
Rusiyalı MMA döyüşçüsü Aleksandr Pisarev 33 yaşında vəfat edib.
Sportnet.az-ın məlumatına görə, bu barədə idmançının komandasından TASS-a xəbər verilib.
Pisarevin səhhətində xroniki problemin olmadığı bildirilib. İlkin məlumata görə, onun ölümünə qida zəhərlənməsi səbəb olub.
Onun həyat yoldaşı da xəstəxanaya yerləşdirilib.