
Portuqaliyanın Odivelas şəhərində keçirilən cüdo üzrə yeniyetmələr arasında Avropa çempionatında Azərbaycan cüdoçuları daha 3 medal qazanıblar.
Sportnet.az xəbər verir ki, -66 kq çəkidə Əbil Yusubov finalda Rodriqo Caneyroya (Portuqaliya) qalib gələrək Avropa çempionu olub.
Eyni çəki dərəcəsində Mehdi Cəfərov 3-cü yer uğrunda görüşdə Qiorqi Dularidzeni (Gürcüstan) məğlub edərək bürünc medalını qazanıb.
-52 kq çəkidə Xədicə Qədəşova Adriana Saes Eviyaya (İspaniya) qalib gələrək Avropa çemponatının bürünc medalına yiyələnib.
-57 kq çəkidə Fidan Qasımova isə 7-ci olub.