
Yeniyetmə cüdoçulardan ibarət Azərbaycan millisi Portuqaliyanın Odivelas şəhərində keçirilən Avropa çempionatında finala yüksəlib.
Sportnet.az xəbər verir ki, yığma qarışıq komanda yarışında ardıcıl olaraq Niderlanda 4:1, Almaniya və İtaliya seçmələrinə 4:2 hesabı ilə qalib gəlib.
Komanda qızıl medal uğrunda görüşdə Fransa seçməsi ilə görüşəcək.