
Azərbaycan cüdoçusu Leyla Əliyeva Fransanın Monpelye şəhərində keçirilən böyüklər arasında Avropa çempionatında zədələndiyinə görə Açıq Okeaniya turnirində iştirak etməyəcək.
Spor, 48 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz ilk yarış günündə, 1/4 final görüşündə zədələnib.
L.Əliyeva millinin tibbi heyətinin qərarına əsasən, noyabrın 10-11-də Avstraliyanın Pert şəhərində keçiriləcək Açıq Okeaniya turnirində iştirak edəcək heyətdən çıxarılıb.
Onun müalicəsinə dərhal başlanılıb və ən qısa zamanda sağalıb tatamiyə dönməsi üçün bütün lazımi tədbirlər görülür.