
Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Klubunda keçirilən karate üzrə Azərbaycan çempionatına yekun vurulub.
Sportnet.az xəbər verir ki, ilin son yarışı günü yeniyetmə, gənc və böyüklərin gərgin mübarizəsi ilə yadda qalıb.
600-ə yaxın idmançının qatıldığı ölkə çempionatına paytaxtla yanaşı bölgələrdən ümumilikdə 50-ə yaxın komanda qatılıb.
Yarışın qalib mükafatçıları diplom və medallarla təltif ediliblər. Mükafatları idmançılara AKF-in vitse-prezidenti Rəhman Hətəmov və federasiyanın baş katibi Qabil Sayadov, Hüquq və İntizam Komitəsinin sədri Həmid Məmmədov təqdim ediblər.
Qeyd edək ki, Azərbaycan çempionatında fərqlənən idmançılar yığma komandanın heyətində hazırlıqlara cəlb olunacaqlar.