Azərbaycanın daha iki yunan-Roma güləşçisi Bakıda keçirilən U-23 Avropa çempionatında finala yüksəlib.
Sportnet.az xəbər verir ki, Nihad Quluzadə (60 kq) və Qurban Qurbanov (82 kq) bu raundda iştirak hüququ əldə ediblər.
Ruslan Nurullayev (72 kq) yarımfinalda məğlub olub və bürünc medal uğrunda mübarizə aparacaq. Fərahim Mustafayev (67 kq) 1/4 finalda, Murad Əhmədiyev (97 kq) təsnifat mərhələsində uduzub.
Bu gün həmçinin Laçın Vəliyev (87 kq) və Rəşad Məmmədov (55 kq) bürünc medal uğrunda görüşdə, Ziya Babaşov (63 kq) və Xasay Həsənli (77 kq) isə finalda yarışacaq.
-----------------------------------
Azərbaycanın 3 yunan-Roma güləşçisi Bakıda keçirilən U-23 Avropa çempionatında yarımfinala yüksəlib.
Sportnet.az xəbər verir ki, Nihad Quluzadə (60 kiloqram), Ruslan Nurullayev (72 kiloqram) və Qurban Qurbanov (82 kiloqram) finala vəsiqə uğrunda mübarizə aparacaqlar.
Fərahim Mustafayev (67 kiloqram) 1/4 finalda, Murad Əhmədiyev (97 kiloqram) isə təsnifat mərhələsində məğlub olublar. Onların uduzduqları rəqiblər finala çıxarlarsa, Azərbaycan təmsilçiləri təsəlliverici görüşlərdə iştirak hüququ əldə edəcəklər.
Bu gün, həmçinin yığmanın 4 üzvü medal görüşünə çıxacaq. Rəşad Məmmədov (55 kiloqram) üçüncü yer uğrunda ukraynalı İvan Stefanskini, Ziya Babaşov (63 kiloqram) və Xasay Həsənli (77 kiloqram) finalda müvafiq olaraq, moldovalı Vitali Yeriomemko və türkiyəli Yüksəl Sarıçiçeki, Laçın Vəliyev (87 kiloqram) isə təsəlliverici qarşılaşmada rumıniyalı Patrik Qordanı sınağa çəkəcək.
Qeyd edək ki, Avropa çempionatı mayın 26-da başa çatacaq.
------------------------------------
Bakı İdman Sarayında keçirilən güləş üzrə U-23 Avropa çempionatı davam edir.
Sportnet.az xəbər verir ki, turnirin ikinci günündə Azərbaycanın 9 yunan-Roma güləşçisi döşək üzərinə çıxacaq.
Nihad Quluzadə (60 kq), Fərahim Mustafayev (67 kq), Murad Əhmədiyev (97 kq) təsnifat, Ruslan Nurullayev (72 kq), Qurban Qurbanov (82 kq) 1/8 final görüşünə çıxacaq.
Laçın Vəliyev (87 kq) təsəlliverici, Rəşad Məmmədov (55 kq) bürünc medal uğrunda görüşdə, Ziya Babaşov (63 kq) və Xasay Həsənli (77 kq) isə finalda yarışacaq.
Qeyd edək ki, təsəlliverici, təsnifat və 1/8 görüşləri 10:30-da, bürünc medal uğrunda və final yarışları isə 18:00-da başlayacaq. Yarışlar Bakı İdman Sarayında keçiriləcək.