
Bu gün XVIII Avropa Gənclər Yay Olimpiya Festivalı çərçivəsində keçirilən taekvondo yarışlarına da start verilib.
Sportnet.az xəbər verir ki, ilk yarış günündə Azərbaycanın üç idmançısi mübarizə aparır. Artıq ilk təmsilçi Mehdi Budaqlı dayanq üzərinə çıxıb.
48 kq çəki dərəcəsində mübarizə aparan dünya və Avropa çempionu ilk mərhələdə rəqib görüşə çıxmadığına görə qalib elan edilib.
O, 1/16 finalda isə ermənistanlı Sergey Davtyana qalib gələrək növbəti mərhələyə vəsiqə qazanıb.
Mehdi Budaqlının 1/8 finaldakı rəqibi türkiyəli Altuq Keske olacaq.