
"Bakcell Arena"nın işıqları sönüb. Sportnet.az-ın məlumatına görə, hadisə Azərbaycan Premyer Liqasının XIV turunun oyununda baş verib.
"Neftçi" - "Qarabağ" oyununun fasiləsində texniki nasazlıq səbəbindən işıqlandırma dayandırılıb. Qısa müddətdə nasazlıq aradan qaldırılıb və bu səbəbdən maçtın ikinci hissəsi 2-3 dəqiqə gec başlayıb.