Avropa Liqasının pley-off mərhələsinin cavab görüşündə "Tvente"nin qonağı olacaq "Qarabağ" Hollandiyada ilk məşqinə çıxıb. Sportnet.az-ın məlumatına görə, hazırlıq prosesi oyunun keçiriləcəyi "De Grolsch Veste" stadionunda baş tutub və 1 saat davam edib.
Məşq zamanı baş məşqçi Qurban Qurbanovun da komanda ilə birgə qaçması və futbolçuların penaltilər üzərində çalışmaları diqqətdən yayınmayıb.
Qeyd edək ki, avqustun 28-də keçiriləcək "Tvente" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 22:30-da başlanacaq.