1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Millimiz Bolqarıstanı yendi
Voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandası 2015-ci il Avropa çempionatının II təsnifat mərhələsində ilk dövrənin son oyununu qələbə ilə başa vurub. Sportnet.az-ın məlumatına görə, D qrupunda yer alan yığmamız təşkilatçı Bolqarıstanı "tay breyk"də üstələməyi bacarıb - 3:2.
İlk setdə millimiz 17:25 hesabı ilə uduzsa da, növbəti setdən qalib ayrılıb - 25:22. 3-cü setdə meydan sahibləri 25:19, 4-cü setdə qonaqlar 25:20 hesabı ilə qalib gəliblər. Matçın taleyi əlavə setdə həll olunub. Yığmamız daha yaxşı çıxış edərək, qələbəyə nail olub - 15:8.
Komandamızın heyətində Polina Rəhimova 23, Natalya Məmmədova 22 xal yığıb. Bolqarıstan millisindən isə ən məhsuldar voleybolçu 16 xal toplayan Emiliya Nikolova olub.
Lakin bu qələbə yığmamızı qrup lideri edə bilməyib. Matçın taleyi "tay-breyk"də həll olunduğundan, Azərbaycan 2, Bolqarıstan 1 xal qazanıb. Bununla da meydan sahibləri 7 xalla qrup lideri olublar. Baş məşqçi Faiq Qarayevin komandası isə 6 xalla 2-ci yeri tutub. D qrupunda 3-cü turun digər görüşündə Yunanıstan Portuqaliyaya qalib gəlib - 3:1 (25:17, 21:25, 25:15, 25:19). Bu nəticədən sonra Yunanıstan 3 xalla 3-cü, Portuqaliya 2 xalla 4-cü olub.
II təsnifat mərhələsində D qrupu üzrə II dövrə matçları 29 - 31 mayda eyni komandaların iştirakı ilə Bakıda təşkil olunacaq. Qrup qalibi Avropa çempionatına birbaşa vəsiqə qazanacaq. 2-ci pilləni tutan yığma isə final mərhələsinə "pley-off"u keçəcəyi halda, yüksələcək.