
Bu gün "Bakı-2015" Avropa Oyunları Ceyran və Narı ilk dəfə keçiriləcək idman tədbirinin rəsmi simvolları kimi təqdim edib. Azərbaycanın təbiətindən və irsindən ruhlanaraq, Ceyran və Nar ölkənin qürurlu tarixini və ümidverici gələcəyini əks etdirir.
Bu cütlük "Bakı-2015"in təbliğatında brend
rolunda çıxış edərək bütün dünyada I Avropa Oyunlarının simvoluna çevriləcək.
Gənclər və idman naziri, "Bakı-2015"in baş icraçı direktoru Azad
Rəhimov deyib: "Bütün dünyaya Ceyran və Narı təqdim etməyə olduqca şadıq və ümid
edirik ki, onlar Avropa Oyunları həyəcanını özlərində əks etdirə biləcəklər.
"Bakı-2015"in simvolları kimi onlar Azərbaycanda yeni nəsil idman
azarkeşlərini ruhlandıracaq, həyəcanlandıracaq və əyləndirəcəklər. Onlar
qarşıdan gələn aylar ərzində şəhərimizdə və ölkə ərazisində sondərəcə aydın
şəkildə görünəcəklər". Ceyran qonaqlara Azərbaycanın zəngin irsinə nəzər
salmağı təklif etməklə, Oyunların mədəniyyət elçisi olacaq. Qafqaz dağlarından
tutmuş Xəzər dənizinin sahillərinədək
Ceyran qonaqlara ölkə boyu bələdçilik
edəcək və onlara Azərbaycanın gözəlliklərini nümayiş etdirəcək.Ceyran ölkədə
təbii gözəlliyin, zərifliyin və saflığın simvolu və
Azərbaycanda qorunan heyvan növlərindən biridir.
Nar günəşi sevən, Göyçay şəhərində
bitən meyvədir. Həyat eşqi və enerji ilə aşıb-daşan Nar yeni idman növlərində
iştirak etməyi sevir və Avropa Oyunları tədbirinə
qoşulacaq. Nar Azərbaycan folklorunda birliyi tərənnümedir və rəngarəng
"Bakı-2015" brendində əksolunaraq artıq şəhərimizdə geniş şəkildə
nümayiş etdirilib. (Report.az)

