Azərbaycan Premyer Liqasında IV turun daha bir oyunu keçirilib.
Sportnet.az xəbər verir ki, günün son matçında “Araz-Naxçıvan” “Neftçi”ni qəbul edib.
"Liv Bona Dea" stadionunda oynanılan görüşdə qalib müəyyənləşməyib - 1:1.
Hesabı 16-cı dəqiqədə Naxçıvan təmsilçisindən Ömər Buludov açıb. Son nöqtəni isə 90+4-cü dəqiqədə Ramil Şeydayev qoyub.
Bu mövsüm qələbəyə həsrət qalan "Neftçi" hazırda 3 xalla 8-ci pillədə qərarlaşıb. 4 xalı olan "Araz-Naxçıvan" isə 7-cidir.
Xatırladaq ki, turun ilk oyunu ötən gün “Səbail”lə “Kəpəz” arasında baş tutub və “dənizçilər”in 4:0 hesablı qələbəsiylə yekunlaşıb. Bu gün keçirilmiş ilk matçda isə "Turan Tovuz" səfərdə "Qarabağ"a 1:0 hesabı ilə qalib gəlib.