Azərbaycan çempionu “Qarabağ” növbəti avrokubok matçına çıxıb.
Sportnet.az xəbər verir ki, Qurban Qurbanovun yetirmələri Çempionlar Liqasının pley-off mərhələsində cavab oyununu keçirib.
Ağdam təmsilçisi Zaqrebdə 0:3 hesabı ilə uduzduğu Xorvatiya çempionu “Dinamo”nu qəbul edib. “Qarabağ” bu böyük fərqi aradan qaldırmaqla azarkeşlərini sevindirməyə çalışsa da, səyləri nəticəsiz qalıb. 0:2 hesabı ilə uduzan çempionumuz Avropa Liqasında əsas mərhələsində çıxış edəcək.
Qeyd edək ki, Çempionlar Liqasının əsas mərhələsinin püşkü avqustun 28-də, Avropa Liqasında isə ertəsi gün atılacaq.
Çempionlar Liqası
Pley-off mərhələsi
Cavab oyunu
28 avqust
20:45. “Qarabağ” – “Dinamo” (Zaqreb, Xorvatiya) - 0:2
Qollar: Marko Pyatsa, 32. Mateus Silva, 53 (öz qapısına)
Qırmızı vərəqə: Kevin Medina, 90
Baş hakim: Maykl Oliver (İngiltərə)
Tofiq Bəhramov adına Respublika Stadionu
İlk oyun – 0:3