"Qarabağ"ın UEFA Avropa Liqasındakı rəqiblərindən "Malmö" futbolçusu Peter Qvarqis ilə yollarını ayırıb.
Sportnet.az-ın məlumatına görə, bu barədə İsveç təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
23 yaşlı yarımmüdafiəçi karyerasını İraqda davam etdirəcək. İsveçdən olan oyunçu "Dahuk" klubuna keçib.
Qeyd edək ki, "Qarabağ" "Malmö" ilə oktyabrın 3-də, saat 20:45-də Bakıda qarşılaşacaq.