“Qarabağ” ukraynalı futbolçu Aleksey Kaşuku heyətinə qatır.
Sportnet.az xəbər verir ki, bu barədə klubun sosial şəbəkə hesabı paylaşım edib.
Müqavilənin detalları barədə məlumat verilməyib. Hücumameyilli yarımmüdafiəçi Ağdam təmsilçisinə azad agent kimi keçir.
Rəsmi açıqlamanın tezliklə veriləcəyi gözlənilir.
Qeyd edək ki, Aleksey Kaşuk 2022-ci ilin martından 2023-cü ilin yayına qədər “Sabah”ın şərəfini qoruyub.