Sportnet.az xəbər verir ki, Ağdam klubu Avropa Liqasının yeni formatda keçirilən Liqa mərhələsində mübarizəyə başlayıb.
Qurban Qurbanovun baş məşqçisi olduğu komanda I turda “Tottenhem”lə qarşılaşıb. Londonda keçirilən qarşılaşma nəzərdə tutulduğundan 35 dəqiqə gec başlayıb.
Oyunun startı təmsilçimiz üçün uğurlu alınıb. "Tottenhem"in müdafiəçisi qırmızı vərəqə alaraq, komandasını azlıqda qoyub. Amma "Qarabağ" bu imkandan istifadə edə bilməyib. Qurban Qurbanovun yetirmələri 3 cavabsız qol buraxıblar. Toral Bayramov toplardan birinin əvəzini çıxmaya yaxın olsa da, penaltini dəqiq yerinə yetirə bilməyib.
Qeyd edək ki, “Qarabağ” II turun oktyabrın 3-də keçiriləcək oyununda “Malmö”nü qəbul edəcək.
Avropa Liqası
Liqa mərhələsi
I tur, 26 sentyabr
23:35. “Tottenhem” – “Qarabağ” - 3:0
Qollar: Brennan Conson, 12. Pape Matar Sarr, 53. Dominik Solanke, 68
Qırmızı vərəqə: Radu Draqusin, 7
Toral Bayramov penaltidən istifadə edə bilməyib, 57
Baş hakim: Villi Delayod (Fransa)