
“Qəbələ” klubu qanalı futbolçu Samuel Tette ilə yollarını ayırıb.
Bölgə təmsilçisindən Sportnet.az-a verilən məlumata görə, 28 yaşlı hücumçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
2023-ci ilin sentyabrından "Qəbələ"də çıxış edən Tette 25 matçda 3 qol vurub. O, Premyer Liqada 21 (2 qol), Azərbaycan Kubokunda 4 (1 qol) oyunda iştirak edib.