"Xankəndi" komandası yeni mövsüm hazırlıqlarını və transfer çalışmalarını davam etdirir.
Sportnet.az xəbər verir ki, klub bu dəfə qapıçı mövqeyini gücləndirib. "Qəbələ" Futbol Akademiyasının yetirməsi olan Kamil Nəzərli bundan sonda "Xankəndi" klubunda çərçivəni qoruyacaq.
Qeyd edək ki, Nəzərli Azərbaycanın U-19 yığmasının, o cümlədən "Sumqayıt" komandasının da şərəfini qoruyub.