Avropa Liqasında Liqa mərhələsinin V turunun matçları keçirilib.
Sportnet.az xəbər verir ki, mərhələnin ikinci yarısının ilk oyun günündə 18 qarşılaşma baş tutub.
Azərbaycan çempionu “Qarabağ” “Lion”u qəbul edib və 1:4 hesabı ilə uduzub. Türkiyənin üç klubu da meydana çıxıb. “Qalatasaray” Niderlandda “Alkmaar”la xalları yarıya bölüb. Komanda ilk dəfə xal itirib. “Fənərbaxça” isə Çexiyada “Slaviya”nın qonağı olub. Hesabda geri düşək Joze Mourinyonun yetirmələri iki qol vuraraq vacib 3 xal qazanıb. “Beşiktaş” isə “Makkabi” ilə ev oyununu ölkədən kənarda keçirib. "Qara qartallar" gözlənilməz məğlubiyyət alıblar.
Turnirin lideri “Latsio” “Lüdoqorets”i qəbul edib və hesab açılmayıb. “Qarabağ”ın növbəti rəqibi “Elfsborq” isə İspaniyada “Atletik”ə uduzub.
Qeyd edək ki, növbəti turun görüşləri dekabrın 11-12-də baş tutacaq.
Avropa Liqası
Liqa mərhələsi, V tur
28 noyabr
21:45. “Atletik” – “Elfsborq” - 3:0
21:45. “Alkmaar” – “Qalatasaray” - 1:1
21:45. “Beşiktaş” – “Makkabi” T-Ə - 1:3
21:45. “Dinamo” K – “Viktoriya” - 1:2
21:45. RFS - PAOK - 0:2
21:45. “Qarabağ” – “Lion” - 1:4
21:45. “Anderlext” – “Porto” - 2:2
21:45. “Latsio” – “Lüdoqorets” - 0:0
00:00. “Midtyulland” – “Ayntraxt” - 1:2
00:00. “Tvente” – “Yunion” - 0:1
00:00. “Ferentsvaroş” – “Malmö” - 4:1
00:00. FCSB – “Olimpiakos” - 0:0
00:00. “Mançester Yunayted” – “Bodo Qlimt” - 3:2
00:00. “Nitsa” – “Reyncers” - 1:4
00:00. “Real Sosyedad” – “Ayaks” - 2:0
00:00. “Braqa” – “Hoffenhaym” - 3:0
00:00. “Slaviya” – “Fənərbaxça” - 1:2
00:00. “Tottenhem” – “Roma” - 2:2