
Azərbaycan Kubokunda 1/4 finala yüksələn sonuncu klubun adına Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda aydınlıq gəlib.
Sportnet.az xəbər verir ki, 1/8 finalda üz-üzə gələn "Sumqayıt" və MOİK kollektivlərinin görüşündə meydan sahibləri 3:1 hesablı qələbəyə sevinib.
"Gənclik şəhəri" təmsilçisinin qollarını Sertan Taşkın (30), Sənan Muradlı (98) və Rəhim Sadıxov (118) vurub. "Hərbiçilər"in heyətində isə İbrahim Əliyev (64) fərqlənib.
Vaqif Cavadovun rəhbərlik etdiyi "Sumqayıt" növbəti mərhələdə "Sabah"la qarşılaşacaq.
------------------------------------
Azərbaycan Kubokunda "Zirə" 1/4 finala vəsiqə qazanıb.
Sportnet.az xəbər verir ki, qəsəbə təmsilçisi 1/8 finalda "Şamaxı"ya 3:1 hesabı ilə qalib gəlib.
Zirə Olimpiya İdman Kompleksində baş turan matçda meydan sahiblərinin heyətində Ayron Qomis (12), Ceyhun Nuriyev (24) və Yusuf Laval (52) fərqlənib. Qonaqların yeganə qoluna isə Brahim Konate (41) imza atıb.
Bu qələbənin ardından "Zirə" 1/4 finalda "Araz-Naxçıvan" ilə üz-üzə gələcək.
Azərbaycan kuboku
1/8 final
4 dekabr (çərşənbə)
19:00. "Zirə" – "Şamaxı" - 3:1
Qollar: Ayron Qomis, 12. Ceyhun Nuriyev, 24. Yusuf Laval, 52 - Brahim Konate, 41
19:00. "Sumqayıt" – MOİK - 3:1
Qollar: Sertan Taşkın, 30. Sənan Muradlı, 98. Rəhim Sadıxov, 118 - İbrahim Əliyev, 64