"Liverpul" un cinah oyunçusu Federiko Kyeza yanvarda İtaliyaya qayıda bilər.
Sportnet.az xəbər verir ki, 27 yaşlı futbolçu ilə "İnter" klubu maraqlanır.
Jurnalist Rudi Qalettinin məlumatına görə, “neradzurri”nin nümayəndələri artıq “Liverpul”la mümkün müqaviləni müzakirə ediblər.
İtaliyalı vinger isə özü mövsüm ərzində komandadan getməyə həvəsli deyil. O, qalıb özünü sübut etməyi və Arne Slotun komandasında möhkəmlənməyi düşünür.
Federiko Kyeza bu yay "Yuventus"dan "Liverpul"a keçib. Futbolçu "qırmızı-qaralar"ın heyətində bütün yarışlarda cəmi 3 oyun keçirib və 1 məhsuldar ötürmə edib.
"Transfermarkt" Kyezanın dəyərini 30 milyon avro qiymətləndirir.