İngiltərə Premyer Liqasında növbəti baş məşqçi istefası gerçəkləşib.
Sportnet.az xəbər verir ki, “Sauthempton” Rassel Martinlə yollarını ayırdığını açıqlayıb.
2023-cü ilin yayından klubda çalışan mütəxəssis “Tottenhem”lə qarşılaşmadan sonra istefaya göndərilib. “Müqəddəslər” 0:5 hesabı ilə uduzduqları matçda bütün qolları ilk 25 dəqiqədə buraxıblar.
Qeyd edək ki, 16 oyunda 5 xal toplayan “Sauthempton” turnir cədvəlində sonuncudur.