“Neftçi”dən ayrılan Roman Qriqorçukun yeni iş yeri bəlli olub.
Sportnet.az xəbər verir ki, ukraynalı mütəxəssis ölkəsində çalışacaq. 59 yaşlı məşqçi LNZ klubu ilə anlaşıb.
Təcrübəli mütəxəssis yeni komandasında işinə gələn ilin yanvar ayında başlayacaq.
Qeyd edək ki, Roman Qriqorçuk mövsümün əvvəlində "Neftçi"nin baş məşqçisi təyin olunub. O, uğursuz nəticələrə görə istefaya göndərilib.