
Türkiyə I Liqasında baş məşqçi istefası gerçəkləşib.
Sportnet.az xəbər verir ki, "Ankaragücü" Kənan Koçakla yollarını ayırıb. 43 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Paytaxt təmsilçisi I Liqada 16 turdan sonra 23 xal toplayıb və turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.
Qeyd edək ki, Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşov "Ankaragücü" klubunda çıxış edir.