Estoniya millisinin və "Levadiya"nın futbolçusu Yoan Yakovlev Yunanıstana köçüb.
Sportnet.az xəbər verir ki, 26 yaşlı vinger “Panionios”la müqavilə imzalayıb.
Maraqlıdır ki, Yakovlevin bu transferində UEFA Millətlər Liqasında Azərbaycanla keçirilmiş oyun mühüm rol oynayıb. Belə ki, II Superliqa klubu onu noyabrda estonların doğma arenada yığmamızı 3:1 hesabı ilə məğlub etdiyi matçda bəyənib.
Həmin qarşılaşmada millidə ilk və hələlik yeganə qolunu vuran Yakovlev “Panionios” rəhbərliyinin diqqətini çəkib. Uzun sürən danışıqlar sonda müsbət yekunlaşıb.