Rusiya millisinin sabiq futbolçusu Aleksey Buqayev Ukrayna ilə müharibədə həlak olub.
Sportnet.az xəbər verir ki, bu barədə şimal qonşumuzun mətbuatı məlumat yayıb.
Buqayev bir müddət əvvəl Krasnodarda 500 qram mefedronla həbs olunaraq 9 il yarım müddətinə həbs edilmişdi. Amma ciddi rejimli koloniyada yatmamaq üçün o, müharibədə döyüşməyə razı olub.
Qeyd edək ki, 43 yaşlı Buqayev vaxtilə Moskva “Torpedo”su və "Lokomotiv"i kimi komandalarda müdafiəçi mövqeyində çıxış edib, 2004-2005-ci illərdə 7 oyunda Rusiya millisinin formasını geyinib.