İspaniyalı model Cessika Qoykoeçea yerli reqbi yığmasının üzvü Manu Moreno ilə eşq hekayəsi yaşayıb.
Sportnet.az xəbər verir ki, Qoykoeçea əvvəllər "Barselona"nın keçmiş futbolçusu Mark Bartra ilə görüşüb. Onun yeni sevgilisinin reqbiçi Moreno olduğu bildirilir. Hərçənd, bu barədə heç bir rəsmi təsdiq yoxdur.
Əvvəllər Bartranın Cessikanı hər gün sevişməyə məcbur etdiyi xəbərləri yayılıb. Hazırda "Betis"də çıxış edən müdafiəçi Qoykoeçea ilə nikaha girərkən, belə razılığa gəlib. Bu, futbolçunun oyunlarla əlaqədar evdə olmadığı günlərə şamil edilmir.
Cütlüyün ayrılması xəbəri isə 2024-cü ilin iyulunda üzə çıxıb. Qoykoeçea hazırda Balidə Moreno ilə dincəlir.