Türkiyəli baş məşqçi Fatih Terimin rəhbərlik etdiyi “Əl Şabab” komandası Səudiyyə Ərəbistanı çempionatının XV turunda evdə “Əl Riyad”la qarşılaşıb.
Sportnet.az xəbər verir ki, görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Bununla da Terim Səudiyyə Ərəbistanında ilk qələbəsini qazanmış olub.
3 xalı böyük sevinclə qeyd edən “Əl Şabab” futbolçuları oyundan sonra 71 yaşlı mütəxəssisdən istirahət üçün icazə istəyiblər. Lakin Terim onların istəklərini geri çevirərək, növbəti gün hər kəsin məşqdə olmasını tapşırıb.
Qeyd edək ki, “Əl Şabab” hazırda 26 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. 22 xala sahib “Əl Riyad” 1 pillə aşağıdadır.