Türkiyənin "Fənərbağça" komandasının anlaşdığı futbolçu Oqnyen Mimoviç Türkiyəyə gəlir.
Sportnet.az xəbər verir ki, İstanbul klubunun rəsmi saytı 20 yaşlı müdafiəçinin təyyarədən fotosunu paylaşıb.
Bildirilib ki, oyunçu tibbi müayinədən keçmək və transferin tamamlanması üçün bu gün İstanbul şəhərində olacaq.
Serbiyanın "Srvena Zvezda" komandasında çıxış edən oyunçunun bazar dəyəri 4 milyon avrodur. O, müdafiənin sol və yarımmüdafiənin sağ cinahında da oynaya bilər.
Qeyd edək ki, gənc futbolçu bu mövsüm 18 matçda meydana çıxıb və 3 dəfə fərqlənib.