Türkiyənin "Qalatasaray" klubunun futbolçusu Viktor Nelsson İtaliya təmsilçisi "Roma"ya keçir.
Sportnet.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.
Artıq tərəflər arasında razılıq əldə olunub. 26 yaşlı norveçli müdafiəçi mövsümün sonunadək icarə əsasında "canavarlar"da çıxış edəcək. "Roma" onu almaq hüququna da malik olacaq.
Qeyd edək ki, Viktor Nelsson 2021-ci ildən İstanbul klubunun formasını geyinir.