![](https://sportnet.az/uploads/posts/2025-02/medium/1739118338_neftci-zede.jpg)
"Neftçi" Azərbaycan Premyer Liqasının XXII turunda “Zirə” ilə keçirəcəyi matçın hazırlıqlarını başa çatdırıb.
Sportnet.az "ağ-qaralar"ın rəsmi saytına istinadən xəbər verir ki, komanda bu gün “Neftçi” Futbol Mərkəzində oyunöncəsi son məşqinə çıxıb.
Komandanın bərpa dövrünü davam etdirən futbolçuları – Rafael Quzzo, Edvin Kuç və Andrey Ştoqrin fərdi məşğul olublar. Onlar “Kəpəz”lə kubok oyununda olduğu kimi, sabahkı görüşü də buraxacaqlar. Əvəzində, bərpa dövrünü başa vuran Rəhman Hacıyev və Dembo Darbo, həmçinin səhhətində problemi aradan qaldıran Azər Əliyev komanda ilə birlikdə məşq ediblər.
Qeyd edək ki, fevralın 10-da Zirə İdman Kompleksinin stadionunda keçiriləcək oyun saat 19:00-da başlanacaq.