![](https://sportnet.az/uploads/posts/2025-02/medium/1739178889_kas.jpg)
“Qarabağ” daha bir futbolçusu ilə yollarını ayıra bilər.
Sportnet.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, Juninyo və Julio Romaodan sonra Aleksey Kaşuk da maraqlı təklif alıb.
Ukraynalı yarımmüdafiəçinin karyerasını İspaniya La Liqasında davam etdirmək variantı yaranıb. Bildirilib ki, İspaniya çempionatında turnir cədvəlinin son pillələrində qərarlaşan bir klub Kaşuka maraq göstərir.
Adı açıqlanmayan həmin komanda 24 yaşlı vingeri mövsümün sonunda birdəfəlik transfer etmək şərti ilə 6 aylıq icarəyə götürməyi planlaşdırır. Həmin klubun skautları hücumameyilli oyunçunu mövsümün əvvəlindən diqqət mərkəzində saxlayır.
Qeyd edək ki, Aleksey Kaşukun “Qarabağ”la müqavilə müddəti 2027-ci ilin yayına qədərdir. O, ötən il İspaniyanın “Malyorka” klubu ilə danışıq aparsa da, keçid baş tutmayıb.