![](https://sportnet.az/uploads/posts/2025-02/medium/1739267486_re.jpg)
Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun çıxış etdiyi Türkiyənin "Ankaragücü" klubu baş məşqçisi Kemal Özdeşlə yollarını ayırıb.
Sportnet.az xəbər verir ki, bu barədə I Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, paytaxt təmsilçisi baş məşqçinin istəyinə əsasən, Renat Dadaşovu əsas heyətdən kənarlaşdırmışdı. "Ankaragücü" 23 turdan sonra 30 xalla 14-cü pillədə qərarlaşıb.