
“Sabah”ın baş məşqçisi Vasili Berezutski Anatoli Nuriyevi əvəzedici komandaya göndərib.
Sportnet.az xəbər verir ki, vaxtilə milliləşdirilərək Azərbaycan yığmasına cəlb olunan 28 yaşlı ukraynalı yarımmüdafiəçi “Sabah”-2” də forma geyinib.
O, Əvəzedicilər Liqasının XXII turunun "Turan Tovuz-2" ilə görüşünə start heyətində çıxıb. Nuriyev 59-cu dəqiqədə əvəzlənib.
Qeyd edək ki, Bakı təmsilçisi ev oyununda 5:0 hesablı qələbə qazanıb.