“Qarabağ” Azərbaycan çempionatlarında XXI əsrin ikinci göstəricisinə imza atıb.
Sportnet.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Ağdam təmsilçisi Misli Premyer Liqasının XXII turunun “Səbail”ə qarşı görüşündə 18 dəqiqəyə 5 qol vurub.
Qurban Qurbanovun rəhbərlik etdiyi komanda 76-cı dəqiqədə hesabı açıb və 90+3-cü dəqiqədə 5-ci dəfə fərqlənib.
Azərbaycan çempionatlarında 5 qolu ən qısa müddətdə vuran komanda isə “Rəvan” olub. 2012/2013 mövsümündə fərqlənən paytaxt klubu 2013-cü il martın 30-da “Turan”ın qapısına 14 dəqiqəyə 5 qol vurub. 6:2 hesablı səfər qələbəsi qazanan “Rəvan” 60-73-cü dəqiqələrdə buna imza atıb.
Həmin matçda Mindauqas Kalonas 60-cı, Xuan Manuel Varea 61, 68 və 72-ci, Miloş Adamoviç 73-cü dəqiqədə qol vurub.