![](https://sportnet.az/uploads/posts/2025-02/medium/1739364667_67aade02a549967aade02a549a173925120267aade02a549767aade02a5498.jpg)
UEFA Çempionlar Liqasının final matçı 2033-cü ildə ABŞ-da keçirilə bilər.
Sportnet.az "The Independent" nəşrinə istinadən xəbər verir ki, UEFA-nın tezliklə Çempionlar Liqası oyunlarının, o cümlədən finalın okeanın o tayında keçirilməsi ilə bağlı ABŞ-dən olan şirkətlə müqavilə bağlayacağı gözlənilir.
Danışıqlar uğurlu alınarsa, Çempionlar Liqası tarixində ilk dəfə Avropanın ən yaxşı komandalarının yer aldığı turnirin finalı qitədən kənarda keçirilə bilər.