![](https://sportnet.az/uploads/posts/2025-02/medium/1739398252_da967de5-f5de-3772-a479-8e886f44af6a_850.jpg)
UEFA Çempionlar Liqasının pley-off mərhələsində bu gün daha 4 oyun keçirilib.
Sportnet.az xəbər verir ki, günün ilk matçında "Atalanta" səfərdə "Brügge" ilə qarşılaşıb. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Digər matçlarda "Feyenoord" Niderlandda "Milan"ı, "Bavariya" Şotlandiyada "Seltik"i, "Benfika" isə Fransada "Monako"nu məğlub edib.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, ilk oyunlar
12 fevral
"Brügge" (Belçika) - "Atalanta" (İtaliya) 2:1
"Feyenoord" (Niderland) - "Milan" (İtaliya) 1:0
"Seltik" (Şotlandiya) - "Bavariya" (Almaniya) 1:2
"Monako" (Fransa) - "Benfika" (Portuqaliya) 0:1
Qeyd edək ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab qarşılaşmaları fevralın 18-19-da keçiriləcək.